25 C
Baku
8 Sentyabr 2025, 10:28
Digər

Bu üsul qocalmanın qarşısını alır, üzdəki problemləri yox edir – ARAŞDIRMA

Bəzən dərimizdəki problemlərdən qurtulmaq çox vaxt tələb edir. Bu üsulla bütün problemlərdən asanlıqla qurtula biləcəksiniz.

Bugun.tv-nin araşdırmasına görə, buz, bütün dəri problemlərinizi asanlıqla həll etmək üçün ehtiyacınız olan yeganə vasitədir.

Mütəxəssislərə görə, dəri problemlərinin bir çox səbəbi var. Bu, günəş, hava çirkliliyi, qeyri-sağlam qidalanma kimi müxtəlif səbəblərdən yarana bilər.

Buzdan istifadə edərək dərinizin parlaqlığını artıra bilərsiniz. Bundan əlavə, buz qan axınını yaxşılaşdıraraq dərini parlaq edir və iltihabı, sızanaqları aradan qaldırır. Bu zaman dəridəki məsamələri daralır və yağlanmanın qarşısı alır. Bu şəkildə sızanaqlar yox olmağa başlayır.

Dərinizə müntəzəm olaraq buz tətbiq etmək, genişlənmiş qan damarlarını daraldır və üzdəki şişkinliyi azaldır. Bu yolla siz də göz altı şişliklərindən xilas ola bilərsiniz.

Buzun soyuqluğu dərinin məsamələrinin daralmasına və bununla da qırışların və incə xəttlərin azalmasına səbəb olur. Buz sayəsində dəriniz daha sıx və gənc bir görünüş əldə edir.

Mənbə: Ensonhaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib

Aynur Camal

Fudbolçu barəsində yalan məlumat yayıldı

Kəmalə Sultan

Müdafiə Nazirliyinin məlumatı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu