22 C
Baku
12 Oktyabr 2025, 18:56
Hadisə

“Bualoi” qasırğası nəticəsində ölənlərin sayı artdı

Vyetnamı təsir edən Bualoi qasırğasının gətirdiyi şiddətli yağış və külək nəticəsində ölənlərin sayı 30-a çatıb.

Filippində çoxsaylı insan ölümünə səbəb olan Bualoi qasırğasının fəsadları Vyetnamda davam edir.

Vietnam News-un məlumatına görə, Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyinin Fəlakətlərin qarşısının alınması və Nəzarət İdarəsi tayfunun səbəb olduğu sel və güclü külək nəticəsində ölənlərin sayının 30-a yüksəldiyini açıqlayıb.

Açıqlamada 22 nəfərin itkin düşdüyü, 139 nəfərin yaralandığı, daşqınlar nəticəsində 145 min yaşayış binasının və 1070 məktəbin zərər gördüyü qeyd edilib.

Bəyanatda, həmçinin, bir çox bölgələrdə su basmış yolların nəqliyyatın axmasına səbəb olduğu və fəlakətlərin təxminən 303 milyon dollar (8 trilyon Vyetnam dongu) ziyana səbəb olduğu təxmin edildiyi qeyd edilib.

Filippində güclü yağışlara və küləyə səbəb olan Bualoi qasırğası bu gün də yenidən 19 nəfərin həyatına son qoyub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İran və İraq arasında yeni dəmir yolu

Bugün TV

Bir avtomobil iki avtomobili vurdu: 2 nəfər öldü, 7 nəfər yaralandı

Bugün TV

2 sərnişin avtobusu yandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu