29 C
Baku
9 İyun 2025, 13:23
Siyasət

“Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu”

“Azərbaycanın enerji sahəsində bu gün qazandığı uğurlar, beynəlxalq miqyasda qazandığı nüfuz və sabit inkişaf xətti birbaşa olaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən baxışları və strateji qərarlarının nəticəsidir. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən dərhal sonra imzalanan və “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi, Azərbaycanın yalnız enerji sektorunda deyil, ümumilikdə geosiyasi xəritədə də yerini və gücünü dəyişdi. Həmin dövrdə ölkənin iqtisadi və sosial vəziyyəti son dərəcə ağır idi-iflic olmuş iqtisadiyyat, vətəndaş qarşıdurmaları, min faizlə ölçülən inflyasiya və yüz minlərlə qaçqın və məcburi köçkün. Lakin Heydər Əliyev bu qaranlıq mənzərəyə baxmayaraq, Azərbaycanın gələcəyini enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıqda görürdü.

Bu strateji yanaşma bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq sabit siyasi sistemə və müstəqil iqtisadiyyata malik bir dövlətdir. Neft və qazın ÜDM-dəki payı 30 faizdən artıqdır. Xarici borcun aşağı səviyyədə olması və maliyyə ehtiyatlarının çoxluğu ölkənin dayanıqlığını təmin edir. Enerji siyasətində yalnız hasilat deyil, həm də bərpaolunan enerji mənbələrinə keçid əsas prioritetlər sırasındadır. 2030-cu ilə qədər 6,5 giqavat gücündə yaşıl enerji istehsalı nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr sayəsində Azərbaycan artıq Avrasiyanın enerji xəritəsində mühüm bir mərkəzə çevrilib. Bu gün ölkəmiz 12 ölkəyə qaz ixrac edir və bu say inkişaf edən xətlə artmaqdadır. Eyni zamanda, yaşıl enerji təşəbbüsləri ilə COP29 kimi qlobal platformalarda lider mövqe nümayiş etdirilir. COP29-un “Bakı sıçrayışı” adlandırılması və İtki və Zərər Fondunun artırılması Azərbaycanın beynəlxalq miqyasda məsuliyyətli aktor kimi tanındığını göstərir.

Nəticə olaraq, bu uğurların təməli hələ 90-cı illərin əvvəllərində Heydər Əliyev tərəfindən qoyulmuşdu. Onun gələcəyə baxan, qətiyyətli, inamlı və milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilmişdir. Bu baxış və siyasi uzaqgörənlik bu gün də Azərbaycanın enerji gələcəyinin təminatıdır”.

Rəvanə Kərimova, Nəsimi Rayon Gənci.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev Füzuli şəhərində idman kompleksinin təməlini qoyub

Bugün TV

İlham Əliyev Belarusun Baş nazirini qəbul edib

Aynur Camal

Mask Co Baydenin əsas səhvini açıqlayıb.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu