28 C
Baku
10 Sentyabr 2025, 19:45
Baş xəbərDünya

Burkina-Faso fransız dilinin statusunu işçi dilə dəyişdi

Burkina-Fasonun keçid Milli Assambleyası ingilis və fransız dillərini işçi dillər kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya dəyişikliyini qəbul edib.

Bugun.tv xəbər verir ki, bu barədə Burkina agentliyi AIB məlumat yayıb.

Bildirilib ki, düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu itirir, ingilis dili isə Burkina-Faso administrasiyasında işçi statusu qazanır.

Həmçinin qeyd olunur ki, milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın ümdə arzusudur, xalq başqalarının dilində inkişaf edə bilməz.

Dəyişikliyə əsasən, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Kreml: Biz Yaxın Şərqdəki gərginliyin tərəflərini təmkinli olmağa çağırırıq

Aynur Camal

Park Cinema-da “Qara Pantera” həyəcanı

Aynur Camal

Nadir qara canavar kameralara tuş gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu