3 C
Baku
15 Dekabr 2025, 0:42
DünyaSiyasət

Burkina Faso terrorla mübarizə üçün səfərbərlik elan etdi

Burkina Faso ilin əvvəlindən davam edən terror aktları ilə effektiv mübarizə aparmaq üçün ümumi səfərbərlik elan edib.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Rəyasət Heyəti açıqlama yayıb.

Qeyd olunub ki, məqsəd terrorla mübarizədə atılacaq hər cür addımlar üçün hüquqi bazanın yaradılmasıdır.

Səfərbərliyin necə həyata keçiriləcəyi ilə bağlı heç bir təfərrüat verilməyib. Bəzi mənbələr terrordan ən çox təsirlənən bölgələrdə fövqəladə vəziyyətin elan oluna biləcəyini deyirlər.

Qeyd edək ki, keçən həftə Niger sərhədinə yaxın iki kəndə edilən hücumlarda 44 nəfər, fevral ayında şimalda baş verən digər hücumda isə 51 əsgər həlak olub.

Bu səbəbdən ayın əvvəlində ölkənin Baş Qərargah rəisi dəyişdirilib və bu vəzifəyə Celestin Simpore təyin edilib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Apple Watch modellərinə kamera dəstəyi gəlir

Aynur Camal

Çin ABŞ-ı kiberhücumda ittiham edir

Aynur Camal

Tramp və Orban Floridada dövlət sərhədlərini qorumaq üçün görüşdülər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu