24 C
Baku
8 Sentyabr 2025, 7:41
Baş xəbərHadisə

Bursa da 1000 nəfərlik qrupla əməliyyat: 128 nəzarətə alındı

Bugun.tv xəbər verir ki, Bursa da müəyyən cinayətlərə görə axtarışda olan və həbs cəzası dəqiqləşən 128 nəfərə qarşı keçirilən əməliyyatda yaxalanıb.

TRT Haber-in məlumatına görə, İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları, haqqında axtarış qərarı çıxarılan şəxslərin tutulması üçün iş başlatdı. Şəhərdə 190 ünvanda keçirilən əməliyyatda 200 qrupdan 1000 nəfər şəxsi heyətin iştirakı ilə 6 il 6 aydan 15 il 6 aya qədər qətimkan tədbiri seçilən 7 qaçaq məhkum və müxtəlif cinayətlərə görə axtarışda olan 121 şübhəli yaxalanıb. Qəsdən yaralama, rəsmi sənədləri saxtalaşdırma, “Odlu silah və bıçaqlar haqqında” qanunun tələblərinin pozulması, qarət, oğurluq, avtomobil oğurluğu, dələduzluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi cinayətlərə görə məhkum edilmiş və axtarışda olan şübhəlilər barəsində polis əməliyyatları davam etdirilir.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Çingiz Aslanov bu gün dəfn olunacaq

Aynur Camal

Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olundu

Kəmalə Sultan

Bakıda oğlan qaynatasının evini atəşə tutdu

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu