9 C
Baku
21 Dekabr 2025, 16:36
Baş xəbərDünya

Burundidə naməlum silahlı şəxslər azı 20 nəfəri öldürdülər

Burundinin qərbində, Konqo Demokratik Respublikası ilə sərhədə yaxın Bujumbura əyalətinin Qatumba qəsəbəsində cümə günü axşam saatlarında naməlum silahlı şəxslər tərəfindən azı 20 nəfər öldürülüb.

Bugun.tv xəbər verir ki, bu barədə şənbə günü Burundi hakimiyyətinin nümayəndəsi məlumat verib.

“Ölümlə nəticələnən hücum axşam saat 20:40 radələrində Konqo Demokratik Respublikası ilə sərhədə yaxın Vugizo kəndində 9 ailəyə qarşı baş verib. Terrorçular 12 uşaq, 3 qadın və 5 kişi olmaqla, 20 nəfəri öldürüb”, – hökumət sözçüsü Jerom bildirib.

Onun sözlərinə görə, 9 nəfər yaralanıb və yerli tibb müəssisələrinə yerləşdirilib.

Bugün TV

Oxşar xəbərlər

Toyda silahlı dava düşüb

Bugün TV

Yoxuşdan enən avtobusun əyləci sıradan çıxıb, fəlakətin qarşısı ucuz alındı

Kəmalə Sultan

DOST Agentliyində Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu