11 C
Baku
19 Aprel 2025, 11:49
Baş xəbərMədəniyyət

“Business Hunter” klubunun rəsmi açılış mərasimi baş tutdu

Bugun.tv xəbər verir ki, “Landmark” hotelin, “Rotunda” zalında, Şükufə Ramizqızının aparıcılığı ilə 100-dən çox sahibkar, top menecer, deputatlar və bir fəxri qonaqların iştirakı ilə “Business Hunter”-biznes klubunun rəsmi açılış mərasimi keçirilib. Açılış Azərbaycan Respublikası Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ilə – 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirə giriş nitqi ilə başlayan biznes klub rəhbəri İlkin Mirzəzadə, klubun gələcək fəaliyyətləri, perspektivləri və ümumi strateji baxışları barəsində məlumat verib. Rəsmi hissənin digər fəxri qonaqları olan Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev və Jalə Əhmədova öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıblar. Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri İsmayıl Hüseynov isə, fondun fəaliyyət istiqamətləri barədə detallı məlumat verib. Daha sonra klubun üzvlərinə fondun fəaliyyətlərindən yararlanmaqlarını tövsiyə edib.

Biznes kluba üzv olan 2 şirkətə (Jabbarlı Design və Crea Time) fəxri qonaqlarımız olan Millət Vəkillərimiz tərəfindən, üzvlük sertifikatları təqdim edilib.

Daha sonra sahibkarlar və idarəçilər arasında B2B şəbəkələşmə davam etdirilib. Tədbirin davamında musiqili heyətin çıxışı və xüsusi team building yarışması gerçəkləşib. Oyunda,qalib gəlmiş 2 komandaya axşam ziyafəti hədiyyə edilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dördtərəfli görüş başladı

Teymur Əziz

Vətəndaşları aldadan şəxs saxlanıldı

Kəmalə Sultan

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam edir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu