19 C
Baku
8 Sentyabr 2024, 4:05
Baş xəbər

Buta klinikasının fəaliyyəti məhdudlaşdırıldı

Bugün.tv Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, bu klinikada:

– yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;

– obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib;

– yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir;

– binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkapon üzlük materiallarından istifadə edilib;

– insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

– obyek ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

– yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir;

– təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb;

– mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranlarında şlanqlar yanğın kranına və lüləyə birləşdirilməyib, təzyiqyüksəldici nasoslarla əlaqələndirilməyib və hazırda nasaz vəziyyətdədir;

– yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, balans dəyərinə uyğun olaraq icbari qaydada sığorta olunmayıb.

Qeyd edək ki, “Buta” klinikasının direktoru Araz Bayramovla bağlı 1 ildir məhkəmə prossesi davam edir, o eyni zamanda tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovu 18 fevral 2021-ci ildə etdiyi böyrək daşı əməliyyatı zamanı şikəst edib. Bu gün anlama və nitq qüsurlu qalan Anar Gözəlovun həmin əməliyyatda ölümlə üzləşməsi və möcüzə nəticəsində sağlamlıq məhdudiyyəti ilə həyatda qalması problemi ictimaiyyətə məlumdur.

Günel Gözəlova bu haqda Bugün.tv-yə müsahibə verib. “İlk gündən mən Azərbaycanın bütün dövlət strateji orqanlarına müraciət etdim. Həyat yoldaşımın həyatını məhv edən həkim Araz Bayramovun əməlinin düzgün qiymətləndirilməsini istədim. Bu gün məhkəmə prosesi davam edir. Və mən ailəm üçün, həyat yoldaşım, cəmiyyətimiz üçün kiminsə cəzalandırılmasını yox, ədalətli qərar çıxarılmasını gözləyirəm. Onu da deyim ki, bu məsələ ilə bağlı ilk öncə Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Nazirliyi, DİN və ya Baş prokurorluq bu hadisəyə təcili diqqət ayırmalı idi”.

Qeyd edək ki, Gozəlovlar ailəsinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində istintaq araşdırması davam edir. Birinci instansiyanın qəbul etdiyi ekspertiza rəyi ədalətsiz olduğu üçün ləğv edilib. Və yenidən baxışa göndərilib.

Klinikaya gəlincə, yuxarıda qeyd etdiyimiz kimi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Buta” klinikasının cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə Qərar qəbul olunub. Fövqəladə Hallar Nazirliyi bununla bağlı əməliyyat çəkilişinin görüntülərini yayıb.

Aynur Camal

Oxşar xəbərlər

Kremldən Kursk bəyanatı

Aynur Camal

Leysan: Kənd yolları gölə çevrildi, əkinçilik sahələrinə ziyan dəydi

Bugün TV

“İtaliya şirkətlərinə ən vacib hesab etdiyimiz layihələri həvalə etdik”-VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu