10 C
Baku
18 Aprel 2025, 3:31
Dünya

Buz dövründəki uçan sürünənlər gerçək oldu! 100 milyon illik fosillər tapıldı

Buz dövrü filmində gördüyümüz, qədim dövrlərə aid olduğu düşünülən uçan sürünənlərin gerçək olduğu ortaya çıxdı. Avstraliyada aparılan qazıntılar zamanı 100 milyon il əvvələ aid fosillər tapılıb. “Pterozavrlar” kimi tanınan uçan sürünənlərin dinozavrlar dövrünə aid olduğu güman edilir.

Avstraliyada 100 milyon illik pterozavr (uçan sürünən) növünün fosilləri aşkar edilib. Qalıqların bu gün ən məşhur uşaq filmi olan Buz Dövründə təqdim olunan uçan dinozavrlar olduğu ortaya çıxıb.

Popular Science jurnalının məlumatına görə, Kvinslend əyalətində 100 milyon il əvvəl yaşamış “Haliskia peterseni” adlı uçan sürünən növünün tapılması pterozavrların bu bölgədə düşünüldüyündən daha çox ola biləcəyini göstərdi. Bu kəşf, nisbətən az pterozavr qalıqlarının olduğu bir qitədən gəldiyi üçün diqqəti cəlb edib.

100 MİLYON İLLİK FOSSİL AÇILDI

Tədqiqatın müəlliflərindən Adele Pentland, “Tapılan Haliskia peterseni yüzdə 22 tamamlandı. Bu, onu Avstraliyada tapılan digər pterozavr skeletindən iki dəfə artıq tamamlayır” deyib.

Yeni tapılan növün skeleti Kvinslendin böyük hissəsinin su altında qaldığı dövrə uyğun gəlir və canlının bu sularda ovladığı düşünülür.

Tədqiqatçılar pterozavrın qanadlarının açıqlığının ən azı 4,6 metr olduğunu təxmin edirlər.

Araşdırmanın təfərrüatları “Scientific Reports” jurnalında dərc olunub.

Mənbə: TGRT

Teymur Əziz

Oxşar xəbərlər

10-dan çox Ukrayna pilotsuz təyyarəsi Rusiyanın Belqorod vilayətinə hücum etdi – qubernator

Bugün TV

Trampın yeni xarici ticarət hərəkəti “Apple”ı vurdu: 250 milyard dollar itki

Aynur Camal

İki qayıq qəzası baş verdi: 11 nəfər ölüb, 60 nəfər itkin düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu