35 C
Baku
20 İyul 2025, 11:32
Baş xəbərDünya

Buz kütləsi alpinistləri sürüklədi! Mont Blanc dağından kədərli xəbər gəldi

Fransanın İtaliya ilə sərhədində yerləşən Mont Blan dağında buz kütləsi ən azı 15 alpinisti sürükləyib. Hadisə nəticəsində 1 alpinistin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.

Avropa Alp dağlarının və Avropa qitəsinin ən yüksək dağı olan Mont Blanda buz kütləsi fəlakəti baş verib. Mont Blan zirvəsinə qalxan bir qrup alpinist buz kütləsi tərəfindən aşağı sürükləndi.

Yüksək Savoya Qubernatorluğu alpinistlərin dırmaşması zamanı düşən buz kütləsi nəticəsində 15 nəfərlik qrupdan 1 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.

Qubernatorluq 10 nəfərin sağ qaldığı qəzada buz kütləsinin düşməsinə səbəb olan amillərin təbii olduğunu bildirib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Mont Blan dağının ətəyindəki sığınacaqda gecələdiyi bilinən iki alman üçün bölgədə axtarış-xilasetmə işləri davam edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ NORAD Utah üzərində hava şarını tutdu — TV

Bugün TV

Ölənlərin sayı 22 minə yaxınlaşdı

Teymur Əziz

BMT: İsrail qüvvələri 8-14 oktyabr tarixləri arasında İordan çayının qərb sahilində biri uşaq olmaqla 9 fələstinlini öldürüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu