Rusiyanın Sibir bölgəsində yerləşən Baykal Gölü üzərində baş verən faciəli hadisə nəticəsində 8 nəfər həyatını itirib.
Dünyanın ən dərin gölü hesab olunan Baykalda donmuş buz örtüyü ilə hərəkət edən və içində sürücü daxil olmaqla 9 nəfərin olduğu avtomobil buzun sınması nəticəsində suya batıb.
1 turist xilas edilib
Hadisə yerinə Rusya Acil Durumlar Bakanlığı əməkdaşları və Baykal Axtarış-Xilasetmə qrupları cəlb olunub.
Aparılan əməliyyat nəticəsində:
1 turist xilas edilib,
7 Çin vətəndaşı turist və avtomobil sürücüsü itkin düşüb və onların həyatını itirdiyi ehtimal edilir.
İrkutsk vilayətinin qubernatoru Igor Kobzev açıqlamasında itkin düşənlərin öldüyünün güman edildiyini bildirib.
Buz keçidi bağlandı
Hadisə Olkhon Adası istiqamətindəki buz keçidində baş verib. Qubernator Kobzev həmin marşrutun müvəqqəti olaraq bağlandığını və hadisənin səbəbləri ilə bağlı araşdırma başladıldığını qeyd edib.
Qəza ilə bağlı məlumatlar İrkutskdakı Çin Konsulluğuna da çatdırılıb. Axtarış-xilasetmə və istintaq tədbirləri davam edir.
Mənbə: Ensonhaber
