21 C
Baku
12 Sentyabr 2025, 7:04
Dünya

Buzlaqların çökməsi nəticəsində dağılan kənd: 1 nəfər itkin düşdü

İsveçrədə Alp dağlarından qopan buzlaq nəticəsində yaranan sürüşmə kəndi dağıdıb. Səlahiyyətlilər bir nəfərin hələ də itkin düşdüyünü açıqlayıb.

İsveçrənin Vale kantonunun Lötschental vadisindəki Blatten kəndi buzlaqın Alp dağlarından qopması nəticəsində yaranan sürüşmə nəticəsində dağılıb. Səlahiyyətlilər bir nəfərin itkin düşdüyünü və 200 əhalisi olan kəndin ehtiyat tədbiri olaraq mayın 19-da boşaldıldığını açıqlayıb. Kənd minlərlə ton palçıq və buzun altında qalıb.

Blatten şəhərinin meri Mattias Bellvald sürüşmədən sonra mətbuat konfransında deyib: “Biz kəndimizi itirdik. Kənd dağıntılar altındadır. Biz onu yenidən quracağıq”.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İnsanları qorxu bürüdü, “Boeing 737 MAX ilə uçmaqdan necə çəkinməli”

Aynur Camal

Filippində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər öldü

Aynur Camal

Ernesto Çe Qevaranı ələ keçirən general öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu