20 C
Baku
28 İyun 2025, 3:44
Baş xəbərSiyasət

Bəhruz Məhərrəmov Milli Məclisin deputatı

Bugun.tv xəbər verir ki, bu gün Dövlət Qulluqçularının Peşə bayramı günüdür. Bu barədə Millət vəkili Bəhruz Məhərrəmov məlumat paylaşıb.

O qeyd edib ki, Dövlət qulluğu Azərbaycan Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Hər bir dövlət qulluqçusunun da borcudur ki, hüquq bərabərliyi şəraitində qulluq borcunun yerinə yetirilməsi üçün cavabdehlik daşısın, eyni zamanda da vəzifə borclarını yerinə yetirərkən yalnız Konstitusiya, qanunlar və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tutsunlar.

Azərbaycanda dövlət qulluğunun tarixi qədim dövrlərdən başlayır, olduqca mürəkkəb mərhələlərdən keçib, müasir mənada dövlət qulluğunun inkişaf dövrü isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikən sonra sovet hakimiyyəti dönəmində idarəetmə sisteminin milliləşməsi prosesinə start verildi, xüsusilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin rəsmən dövlət dili elan olunması ilə dövlət qulluğunda milliləşmə yolunda dönüş oldu. Lakin, təəssüf ki, müstəqilliyin ilk iki ilində ölkədə hökm sürən hərc-mərclik dövlət idarəetmə sistemində özünü göstərdi, dövlət qulluğu iyerarxiyası tam şəkildə pozuldu, kütləvi şəkildə qeyri-peşəkar və minimal tələblərə cavab verməyən kadrlar ən ali postlara qədər yol tapmaqla Heydər Əliyevin dövlət qulluğunda yaratdığı nizam, intizam, demək olar ki, xaosla əvəzləndi.

Ümumilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlət qulluğunda da nizam bərpa olundu, 1995-ci il Konstitusiyası ilə hər bir vətəndaşın dövlət idarəçiliyində iştirak hüququ təsbit edildi. Dahi Lider deyirdi ki, “dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir və insanlara xidmət imkanıdır”. Bax bu prinsipdən yola çıxaraq Ulu Öndər 1998-ci il dekabrın 29-da “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərman imzaladı və bu normativ hüquqi aktla dövlət qulluğu sistemində köklü islahatlar başlandı. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsi ilə isə Heydər Əliyevin digər sahələrdə olduğu kimi dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində siyasi kursu uğurla inkişaf etdirildi. Dövlət qulluğunun idarə olunması təmərküzləşdirildi, dövlət qulluqçularının seçimi xüsusi qaydalarla, test, müsahibə və müsabiqə yolu ilə çox şəffaf və asan prosedura çevrildi. Yəni artıq biliyi və dövlətçilik məfkurəsi olan hər kəsin dövlət qulluqçusu kimi dövlət idarəetməsində birbaşa iştirak imkanı yarandı. Bilirsiniz ki, cənab İlham Əliyevin təşəbbüsü ilə elektron hökumətin tətbiqi dövlət qulluğunda şəffaflığı daha da artırıb, məmur-vətəndaş ünsiyyətini yeni mərhələyə çıxarıb, cənab İlham Əliyevin özünün dövlət qulluqçusuna münasibətdə yanaşması çox sadə və ədalətlidir. Dövlət başçısı qeyd etmişdir ki, “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət və köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır”. Cənab Prezidentin bu mövqeyində nə qədər qətiyyətli olduğunun ötən dövr ərzində şahidi olmuşuq, dövlət qulluğuna şəxsi imkan kimi baxan çoxsaylı məmurların hüquqi yollarla necə sərt cəzalandırılmasının hamımız şahidiyik. Əlbəttə, neqativ hallar bütün dünyada var, lakin əminliklə deyirəm ki, bu gün dövlət qulluqçularımızın mütləq əksəriyyəti dövlətinə, Prezidentinə, andına sadiq insanlardır, xüsusən Vətən müharibəsində biz ön cəbhədə xeyli sayda dövlət qulluqçusunu görərək buna şahid olduq.

Əziz dövlət qulluqçuları, bu gün Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır və hər bir dövlət qulluqçusu da məhz davranışlarını bu reallığa görə müəyyən etməlidir. Müasir, güclü, qalib Azərbaycanın dövlət qulluqçusu, Müzəffər Prezidentin silahdaşı olmaq şərəfdir və bu əlamətdar gündə bütün dövlət qulluqçularını, o cümlədən təmsil etdiyim Biləsuvar rayonunda dövlət qulluğunda olan seçicilərimizi təbrik edir, hər birinə Müzəffər Liderimizin rəhbərliyi altında daha güclü Azərbaycan naminə xidmətlərinin uğurlu davamlılığını arzu edirik.

Mənbə: Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

QHT sədri M.Rəhimova: “Əlilliyi olan şəxslərə qarşı kiçik stereotiplər, diskriminativ münasibət müşahidə olunur” 

Elnarə Dərziyeva

Azərbaycan mətbəxi Avropada sərgidə təqdim olunub – FOTO

Aynur Camal

Türkiyənin Suriyadakı hərbi bazalarına hücum olundu – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu