27 C
Baku
10 İyun 2025, 11:10
Dünya

Bələdiyyə sədrinə kameralar önündə sui-qəsd!

Meksikada daha bir merliyə namizəd sui-qəsd nəticəsində öldürülüb. Prezidentliyə namizəd Alfredo Kabrera mitinq yerində güllələnərək öldürülüb.

Meksikada seçki kampaniyalarının son günü də qanlı olub.

Sentyabr ayından bəri yerli hakimiyyətə namizəd olan ən azı 22 nəfər öldürülüb. Nəhayət, Gerrero ştatında Alfredo Kabrera adlı merliyə namizəd kameralar qarşısında sui-qəsd nəticəsində öldürülüb. Qətl anı anbaan kameraya düşüb. Kabrera mitinq zonasında gedərkən arxadan ona yaxınlaşan şəxs başını nişan alaraq bir neçə dəfə atəş açıb. Silah səsləri böyük panikaya səbəb olub və insanlar qışqıraraq qaçıblar. Prezidentliyə namizəd Kabrera hadisə yerində dünyasını dəyişib. Hücum edən şəxs öldürülüb. Gerrero qubernatoru Evelin Salqado Koyuka de Benites şəhərində müxalifət koalisiyasının namizədi Kabreranın “qorxaqcasına” öldürülməsini pisləyib.

Müxalifətin koalisiya partiyalarından biri olan PRI hökuməti “namizədlərin təhlükəsizliyini təmin etmək üçün zərrə qədər səy göstərməməkdə” ittiham edib.

Meksikalıların yeni prezident, Konqres üzvləri, bir neçə əyalət qubernatoru və bir çox yerli məmurlar üçün səs verəcəyi bazar günü təhlükəsizliyi gücləndirmək üçün təxminən 27 min əsgər və Milli Qvardiyanın üzvü yerləşdiriləcək.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Çiy dəniz məhsulu beyinində narahatlığa səbəb oldu

Aynur Camal

2 mərtəbəli bina uçdu: 10 nəfər öldü, 7 nəfər yaralandı

Aynur Camal

Karib dənizinin quldurları aktyorunu köpək balığı öldürdü!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu