16 C
Baku
28 Oktyabr 2025, 0:51
Digər

Bəsitçay qoruğunda fototələlər quraşdırılıb

Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq Sərəncamı var. Sərəncamdan irəli gələn bəzi işlər həyata keçirilib. Qoruğun xəritəsi hazırlanıb, ərazidə inventarlaşma işlərinə start verilib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə birgə əraziyə bir neçə dəfə səfər edilib. ANAMA mütəxəssisləri tərəfindən ərazilər təmizləndikcə mütəmadi olaraq həmin işlər həyata keçirilir. 22 hektar təmizlənmiş ərazidə fototələlər də quraşdırılıb ki, orada hansı heyvanların mövcud olduğu öyrənilsin. Gələcəkdə reintroduksiya tədbirlərində həmin informasiyalardan istifadə olunacaq. Onu da qeyd edim ki, bir neçə fauna növü fototələlərə düşüb.

Bugun.tv  AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“Çox təəssüf ki, 107 hektar əraziyə malik olan qoruğun 42 hektarı işğal dövründə məhv edilib. Bəsitçay Dövlət Təbiət Qoruğunun unikallığı ondan ibarətdir ki, şərq çinarının təbii mühitdə yayıldığı yeganə ərazidir. Avropada yeganə ərazi olduğundan bizim üçün çox qiymətlidir. Ərazidə işlər davam etdirilir və onun bərpası istiqamətində sanitar-mühafizə zonasında şərq çinarı toxumlarının əkilməsi, digər əməli işlərin həyata keçirilməsi davam etdiriləcək”, – deyə F.Əliyev fikirlərinə yekun vurub.

Nigar Məmmədova

Oxşar xəbərlər

İyirmidən çox ölkədən beynəlxalq səyahətçinin Zəngilana səfəri başlayıb

Aynur Camal

Bu gülü qoparanlar cərimə olunacaqlar!

Elnarə Dərziyeva

Sabah Bakıda güclü külək əsəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu