Baş xəbərDünya

Bəy toya gələ bilməyəndə onun yerini baldızı tutdu

Çinin Çonqinq bölgəsində lentə alınan toy videosu sosial şəbəkələrdə yayılıb. Adı açıqlanmayan gəlin toya baldızı ilə gəlib.

Çinin Çunqinq bölgəsində toydan əvvəl bəyi təcili hərbi xidmətə çağırıblar. Bəyin məmləkətinin adət-ənənələrinə görə, belə xüsusi günləri ləğv etmək uğursuzluqdur, ona görə də toy planlaşdırıldığı kimi başladı.

Aktiv xidmətdə olan bəyin əvəzinə bəyin 19 yaşlı bacısı kostyum geyinərək gəlini müşayiət edib.

Qonaqlar gözlənilməz vəziyyətə baxmayaraq bəyin bacısının etdiyi bu jest və fədakarlığa heyranlıqla baxıblar. Toy sosial şəbəkədə trend mövzusuna çevrildikdən sonra gəlin “Bir az kədərlənirəm, amma onu başa düşürəm və dəstəkləyirəm” deyib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreyadan nüvə çıxışı: Biz heç vaxt geri qayıtmayacağıq

Aynur Camal

Qarabağda məscidlər və abidələr bərpa edilir

Kəmalə Sultan

Dəhşətli qətl baş verdi: Mühacir bıçaqlanaraq öldürüldü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu