7 C
Baku
23 Fevral 2026, 18:15
Sosial

“Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır”

Bugun.tv– xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçirilib.

Konfransda iştirakını sosial media hesabında paylaşım edən deputat Ceyhun Məmmədov qeyd edib ki, tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub.

Konfransın əsas məqsədi cəmiyyətdə qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması, gender bərabərliyinin təşviqi və təhlükəsiz sosial mühitin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparmaq idi.

Panel sessiyalarda sosial media və rəqəmsal mühitdə gender zorakılığına qarşı mübarizə, zorakılıq qurbanlarına göstərilən dəstək xidmətlərinin əhəmiyyəti, eləcə də məişət zorakılığının qarşısının alınması sahəsində mövcud qanunvericiliyin tətbiqi məsələləri geniş müzakirə olunub.

Həmçinin tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ətrafında dəyərli fikir və təkliflərini bölüşüblər. Cəmiyyətin hər bir fərdinin təhlükəsizliyi və rifahı üçün birgə səylərin vacibliyi xüsusi vurğulanıb.

Aynur Camal

Oxşar xəbərlər

Vətəndaşın əmək hüquqları pozulur – ŞİKAYƏT

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu