10 C
Baku
12 Dekabr 2024, 20:36
Baş xəbərSiyasət

 “Cənub Qaz Dəhlizinin genişləndirilməsi strateji prioritetdir”

Bugun.tv xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli enerji dialoqu çərçivəsində Belçikanın paytaxtı Brüsseldə bir araya gəliblər.

Görüş zamanı Azərbaycan və Aİ arasında qaz təchizatının şaxələndirilməsi, bərpa olunan enerjinin inkişafı və enerji səmərəliliyi məsələləri müzakirə edilib.

Energetika naziri Şahbazov açıqlamasında bildirib ki, Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin həyata keçirilməsi 2027-ci ilədək Azərbaycandan Avropaya təbii qaz ixracının 20 milyard kubmetrə çatdırılması üçün birgə səylərin gücləndirilməsini tələb edir. Bu kontekstdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi strateji prioritetdir. Layihənin genişləndirilməsinə başlamaq və irəliləmək üçün əhəmiyyətli investisiyalar və maliyyə alətləri lazımdır. Bu baxımdan avropalı tərəfdaşların dəstəyi vacibdir”, – deyə o bildirib.

Qeyd edək ki, iclasda Azərbaycan Energetika Nazirliyinin, SOCAR-ın, Azərbaycan Bərpa Olunan Enerji Ehtiyatları üzrə Dövlət Agentliyinin (AREA), Avropa Komissiyasının Enerji Baş Direktorluğunun (DG ENER), Avropa İnvestisiya Bankının (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri iştirak ediblər.

Enerji böhranı zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə diqqət çəkən Simson isə bildirib ki, Aİ-nin gözlənilən qaz tələbatını nəzərə alaraq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi vacib məsələlərdən biridir. Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəklədiklərini bildirən Simson, “Bu görüş bizə növbəti konkret addımları müəyyən etməyə kömək etdi. REPowerEU planımıza uyğun olaraq, Avropa İttifaqı bərpa olunan enerji istehsalının artırılması üçün Cənubi Qafqazdakı qonşularımızı və tərəfdaşlarımızı dəstəkləyir. Məsələn, Azərbaycanda Xəzər regionunda aşağı metan emissiyası ölkənin metan aktivliyində lider mövqeyini birgə müdafiə etmək imkanları yaradacaq” – deyə o çıxışında vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada ABŞ müharibəsindən qalma bomba partladı

Aynur Camal

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Aynur Camal

“Prius”la avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu