Cənubi Amerika ölkələrində “atəş halqası” adlandırılan Günəş tutulması maraqlı görüntülərə şahidlik edib. Tutulma zamanı AY Günəşin 90 faizini əhatə edib.
Cənubi Amerika ölkələrində “atəş halqası” adlandırılan Günəş tutulması çərşənbə axşamı maraqlı görüntülər yaradıb. Xüsusilə Peruda tutulma 1 saat yarım müşahidə olunub.
VİZUAL FESTİVAL YARATDI
Tutulma zamanı Ay Günəşin 90 faizini əhatə edib, qalan hissədə isə od halqasını xatırladan nazik və parlaq halqa əmələ gəlib. Peru, Çili, Argentina, Boliviya, Braziliya, Paraqvay və Uruqvayda müşahidə edilən Günəş tutulması vizual şənlik yaradıb.Yerli vaxtla saat 14.00 radələrində başlayan və 15.30-a qədər davam edən tutulma Peruda qismən müşahidə edilib.
Mənbə: TGRT