24 C
Baku
28 İyun 2025, 23:05
Baş xəbərDünya

Cənubi Koreya ilk yerli raketini uğurla buraxıb

Bugun.tv xəbər verir ki, Cənubi Koreya orbitə səkkiz peyki çıxaracaq ilk yerli “Nuri” raketini uğurla buraxıb.

Mütəxəssislərin fikrincə, orbitə buraxılan peyklər Cənubi Koreyaya hərbi casus peyklərini orbitə yerləşdirmək və uzaq mənzilli raketlər hazırlamaq üçün texnologiya və praktiki biliklər toplamağa kömək edəcək.

Seulda yerləşən Koreya Milli Strategiya Tədqiqat İnstitutunun analitiki Moon Seong Mook mövzu ilə bağlı verdiyi açıqlamada, “Şimali Koreya Cənubi Koreyanın kosmosa göndərdiyi peykdən narahat olmalı idi. Çünki hazırda Kim Çen Inın ən çox maraqlandığı şey Cənubda bir casus peykinə sahib olmaqdır. Onların Koreyadan əvvəl bir casus peyki buraxmaq istəkləri güclüdür” – ifadəsini işlədib.

Şimali Koreya obyektlərini izləmək üçün artıq ABŞ-ın casus peyklərindən istifadə edən Cənubi Koreyanın bu il ilk casus peykini orbitə çıxaracağı gözlənilir.

Keçən il Cənubi Koreya orbitə peyk yerləşdirmək üçün “Nuri” raketindən istifadə edərək öz texnologiyası ilə kosmosa peyk göndərən 10-cu ölkə, çəkisi 1 tondan çox olan peyklər göndərəcək raket hazırlayan 7-ci ölkə olub.

Qeyd edək ki, dünən kosmosa göndərilməsi gözlənilən yerli istehsal olan “Nuri” adlı raketin buraxılışı texniki səbəblərdən ləngiyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Braziliyada yerli əhali etirazlara başladı

Aynur Camal

Tumba oğruları saxlanıldı – FOTO

Teymur Əziz

ABŞ İsrail və Livana xüsusi nümayəndə göndərdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu