Bugun.tv xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirdiblər. 12 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb. Rayon sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Elgün Şahmarov, Bəhruz Əlizadə və bir yeniyetmə olduqları müəyyən edilib. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
RPŞ-nin keçirdiyi digər əməliyyat-axtarış tədbiri olub.1690 manat olan 13 ədəd quyu qapağını oğurlamaqda şübhəli bilinən iki şəxs tutulub. Əvvəllər məhkum olunmuş Ehtibar Quliyev, Rahim Verdiyev saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Müxbir: Qaytən Qasımzadə
