8 C
Baku
21 Fevral 2026, 21:43
Baş xəbərDünya

Cənubi Koreya, ABŞ və Yaponiya ilk birgə hərbi hava təlimi keçirdi

Bugun.tv xəbər verir ki, Cənubi Koreya, ABŞ və Yaponiya arasında “Şimali Koreya təhdidlərinə qarşı təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək” məqsədi daşıyan ilk birgə hərbi hava təlimi Koreya yarımadası yaxınlığında keçirilib. Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Hərbi Hava Qüvvələrinin açıqlamasına əsasən, Koreya yarımadasının cənubunda keçirilən təlimə ABŞ-ın “B-52H” strateji bombardmançı təyyarəsi ilə yanaşı, 3 ölkədən döyüş təyyarələri də qatılıb.

TRT Haber-in məlumatına görə, Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, təlim “Şimali Koreyanın irəliləyən nüvə və raket təhdidlərinə qarşı üç ölkənin müdaxilə imkanlarını artırmaq üçün” keçirilib. Təlim üç ölkə arasında həmrəyliyi nümayiş etdirsə də, Hərbi Hava Qüvvələri Cənubi Koreya-ABŞ alyansı əsasında üçtərəfli əməkdaşlığı “daha da inkişaf etdirməyi” hədəfləyir. ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreya və Yaponiya Hərbi Hava Qüvvələri ilə ayrı-ayrılıqda həyata keçirdiyi təlimlər “bu regionda üç ölkənin ilk birgə hava təlimidir”.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Beynəlxalq Ana Dili Günü: Dilimizi qoruyaq, kimliyimizi yaşadaq

Aynur Camal

Azərbaycan milli markaları Dubay 2026 sərgisində təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu