Bugun.tv xəbər verir ki, Yonhap-ın məlumatına görə, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) “təbliğat-yayım səsucaldanları” ilə bağlı bəyanat yayıb. Bildirilib ki, Seul hökuməti Şimali Koreya ilə gərginliyi azaltmaq səyləri çərçivəsində bu səsgücləndiriciləri yığışdırdıqdan sonra Pxenyan da eyni addımı atıb və bəzilərini yığışdırmağa başlayıb.
TRT Haber-in məlumatına görə, bəyanatda həmçinin qeyd olunub ki, bu təcrübənin sərhəd boyu bütün nöqtələrdə baş verib-vermədiyini müəyyən etmək üçün sayıqlıq davam etdiriləcək.