Bugun.tv xəbər verir ki, Cənubi Koreya və İndoneziya nüvə enerjisi istehsalı, əsas mədənlər və müxtəlif sənaye sahələrində ikitərəfli əməkdaşlığı artırmaq üçün 14 anlaşma memorandumu və 2 müqavilə imzalayıb. Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi İndoneziyanın paytaxtı Cakartada keçirilən 43-cü ASEAN Sammitində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair razılaşma əldə edildiyini açıqlayıb. Prezident Aparatından verilən açıqlamada, Yoon və Hun Manetin 43-cü ASEAN Sammiti çərçivəsində görüşdüyü və ikitərəfli əlaqələri müzakirə etdiyi bildirilib. Açıqlamada iki liderin keçən il qüvvəyə minən azad ticarət sazişi vasitəsilə ikitərəfli ticarəti daha da genişləndirmək qərarına gəldiyi bildirilib.
Müxbir: Şəms Elnurqızı