8 C
Baku
22 Dekabr 2024, 6:24
Dünya

Cənubi Koreyada böhran davam edir: Nazirin istefası qəbul edilib

Cənubi Koreyada 5 saatlıq hərbi vəziyyət qərarının arxasında duran şəxs vəzifəsini tərk edib. Cənubi Koreya Prezident Aparatından verilən açıqlamada, prezident Yoon Suk Yeolun müdafiə naziri Kim Yong-hyun-un istefasını qəbul etdiyi bildirilib.

Cənubi Koreyada prezident Yoon Suk Yeol ona dekabrın 3-nə keçən gecə hərbi vəziyyət elan etməyi təklif edən müdafiə naziri Kim Yonq-hyun istefasını qəbul edib.

Cənubi Koreyanın Yonhap agentliyinin xəbərinə görə, Prezident Aparatından verilən açıqlamada Yoonun müdafiə naziri Kimin istefasını qəbul etdiyi bildirilib.

Prezident Yoonun elan etdiyi hərbi vəziyyət bir neçə saat ərzində əvvəlcə parlamentin səsverməsi, sonra isə nazirlər şurasının təsdiqi ilə ləğv edilib.

Müdafiə naziri Kim dünən verdiyi yazılı açıqlamada hərbi vəziyyət elan edərək narahatlıq və xaosa səbəb olduğu üçün vətəndaşlardan üzr istəyib. “Hərbi vəziyyətlə bağlı vəzifələrini yerinə yetirən əsgərlər nazirdən bütün təlimatları alıblar” deyən Kim, bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edərək, istefa vermək niyyətini Yoona çatdırıb. Bu arada, müdafiə naziri Kim istefasını elan etməzdən bir qədər əvvəl müxalifət partiyaları parlamentə hərbi vəziyyətin elan edilməsinin qanunsuz olduğunu əsas gətirərək Yoonun impiçment prosesini başlatan vəsatət təqdim ediblər.

Müdafiə Nazirliyi nazir Kimin Yoona hərbi vəziyyət elan etməyi təklif etdiyini təsdiqləyib. Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Kimin Yoona yaxın olduğu məlumdur.

Yoon Kimin yerinə Səudiyyə Ərəbistanı səfiri Çoi Byonq-hukun müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb. İstefada olan general Çoi 2019-2020-ci illərdə Cənubi Koreya-ABŞ Birləşmiş Qüvvələrinin komandanı vəzifəsində çalışıb.

Prezident Yoon Suk Yeol dekabrın 3-də müxalifətin “dövlət əleyhinə fəaliyyətlərdə iştirak etdiyini” əsas gətirərək hərbi vəziyyət elan edib.

Bu qərardan sonra Müdafiə Nazirliyi orduda olan komandirləri görüşə çağırıb və ayıq-sayıq olmağa çağırıb. Hərbi vəziyyətin tətbiqi üçün təyin edilmiş əsgərlər Milli Məclisə daxil olmuşdular.

Parlamentin fövqəladə iclasında hərbi vəziyyət qərarının ləğvi təklifi 190 deputatın səsi ilə qəbul edilib. Milli Assambleyanın Prezident Aparatı səsvermədən sonra hərbi vəziyyətin “qüvvəsiz qaldığını” elan etdi. Parlamentdəki səsvermədən sonra geri addım atan Yoon nazirlər şurasını toplayıb və kabinetin təsdiqindən sonra hərbi vəziyyətə son qoyduğunu açıqlayıb.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

İmperatora məxsus saat rekord qiymətə satıldı

Kəmalə Sultan

Alimlər İncilin gizli fəslini tapıblar

Aynur Camal

Müsəlmanlara qarşı irqçi hücumlar artmaqdadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu