24 C
Baku
5 Sentyabr 2025, 6:10
Dünya

Cənubi Koreyada şübhəli paket xəbərdarlığı 2000-i keçdi

Bugun.tv xəbər verir ki, Cənubi Koreyada son 4 gündə zərərli maddələrin olduğu güman edilən 2000-dən çox şübhəli bağlama aşkar edilib.
Yonhap-ın xəbərinə görə, Cənubi Koreyanın Milli Polis Agentliyi cümə axşamı günündən bəri vətəndaşlardan 2058 şübhəli bağlama müraciəti daxil oluduğunu açıqlayıb.
Açıqlamada 645 bağlamanın polis tərəfindən yoxlanıldığı, digərlərinin isə saxta hesabat olduğu bildirilib.
Polis, tərkibində zəhərli maddələrin olması ilə bağlı narahatlıqla araşdırdıqları bağlamaların boş və ya içərisində məhsul olduğunu bildirib.
Cənubi Koreya polisi bəzi e-ticarət firmalarının vətəndaşların şəxsi məlumatlarını qeyri-qanuni olaraq satın aldıqları və ünvanlarına sifarişsiz məhsullar göndərərək satışlarını artırmaq istədiklərindən şübhələnir.
Səlahiyyətlilər şübhəli beynəlxalq paketlərin Tayvandan olduğunu və problemi həll etmək üçün çinli həmkarları ilə birlikdə hərəkətə keçdiklərini bildiriblər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Yeni Dehlidə atəşfəşanlıq qadağan edildi

Aynur Camal

NASA Plutonun ən böyük peyki Charonun səthində karbon qazı izləri aşkar etdi

Aynur Camal

Qızlar məktəbi yandırılıb

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu