18 C
Baku
23 Oktyabr 2025, 18:55
Baş xəbərHadisə

Cənubi Koreyada yağışlar 35 nəfərin həyatına son qoydu

Bugun.tv xəbər verir ki, Cənubi Koreyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı ötən həftədən bəri 35-ə yüksəlib. Mərkəzi Fəlakət və Təhlükəsizlik Tədbirləri Müdirliyindən verilən açıqlamaya görə, dünən Şimali Çunqçeonq bölgəsindəki Osong şəhərində güclü yağışlardan sonra yaxınlıqdakı çayın daşması nəticəsində 685 metr uzunluğundakı tunel su altında qalıb. Yonhap-ın xəbərinə görə, son bir həftədə ölkə daxilində yağan güclü yağışların səbəb olduğu hadisələrdə 7 nəfərin cəsədi tuneldə avtobusda sıxışaraq həyatını itirənlərin sayı 35-ə çatıb. Səlahiyyətlilər tuneldəki 15 avtomobilin çıxarılması üçün işlərin davam etdiyini və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər. Cənubi Koreyada yağışlar səbəbindən qatarların hərəkəti dayandırılıb, 216 magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Orta məktəbə hücum! Ölənlər və yaralananlar var

Aynur Camal

Azərbaycan qalib oldu

İntizar Əmirova

AMEA-da akademik Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan elmi sessiya keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu