35 C
Baku
20 İyul 2025, 11:24
Dünya

Cənubi Koreyadan Şimala cavab: Qısa mənzilli ballistik raket buraxıldı

Cənubi Koreya ordusu Şimali Koreyanın aqressiv ballistik raket sınaqlarına cavab verib. Cənubi Koreya ordusu real atəş təlimi çərçivəsində Sarı dənizə doğru “Hyunmoo-II” tipli qısa mənzilli ballistik raketin atıldığını açıqlayıb.

Cənubi Koreya ordusu Şimali Koreyanın ballistik raket sınaqlarına cavab verib. Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada dünən ölkənin Cənubi Chungcheong əyalətinin Taean bölgəsində real atəş təliminin keçirildiyi bildirilib.

Şimali Koreyadan ballistik raket hücumuna cavab ssenarisi çərçivəsində həyata keçirilən təlimdə Sarı dənizə doğru “Hyunmoo-II” tipli qısa mənzilli ballistik raketin atıldığı bildirilib.

“Bu canlı atəş təlimi ordumuzun Şimali Koreyanın istənilən təxribatına cavab vermək əzmində olduğunu və düşmən hədəflərinə dəqiq zərbələr endirmək qabiliyyətini nümayiş etdirdi”, – deyə məlumatda bildirilir. Bildirilib ki, Cənubi Koreya ordusu ABŞ qüvvələri ilə əməkdaşlıq çərçivəsində Şimali Koreyanın hərbi fəaliyyətini yaxından izləməyə davam edir. Cənubi Koreya ordusunun Pxenyanın istənilən təxribatına “əzici şəkildə” cavab verməyə hazır olduğu vurğulanıb.

Keçən həftə “dünyanın ən güclü strateji raketi” olaraq xarakterizə etdiyi “Hwasong-19” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini açıqlayan Şimali Koreya sonuncu dəfə çərşənbə axşamı Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atdı.

Şimali Koreyanın Koreya yarımadasında və ətrafında gərginliyi artıran addımları Cənubi Koreya, Yaponiya və ABŞ-ı həyəcan vəziyyətinə salıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Hamiləlik dövründə su istehlakının əhəmiyyəti: “Yay aylarında 2,5-3 litr su içmək lazımdır”

Aynur Camal

ABŞ Baydenin niyə Rusiya ilə müharibəyə başlamaq istədiyini izah edib

Aynur Camal

Müharibənin dəhşətli üzü! Onun ölümünə əlində olan dron səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu