18 C
Baku
25 Aprel 2025, 10:06
Baş xəbərHadisə

Çərəzlərin qiyməti neçəyədir? -SORĞU

Faydası saymaqla tükənməyən çərəzlər, rasionumuzda olması vacib nemətlərdən sayılır. Şirniyyatla müqayisədə olduqca xeyirli çərəzlər, vitamin balansını normallaşdırmaq üçün ideal qida hesab olunur. Nəinki bayram süfrəsində, eləcə də adi günlərdə mütəxəssislər hər zaman bildirir ki, çərəz yemək faydalıdır. Baxaq, görək, qiymətləri bəs cibimizə uygundurmu?

Mövzu ilə bağlı Bugun.tv-nin sorğusunu təqdim edirik:

Novruz bayramında süfrələrin bəzəyi olan çərəz bazarında canlanma müşahidə olunur. Alıcılar bazara yaxınlaşaraq çərəzləri alıb, süfrələrini bəzəməyə çalışırlar. Qiymətlər isə müxtəlifdir. Belə ki, qozun qiyməti 10-20 manat arasında dəyişir. Fındığın qiyməti 10 manatdan başlayır. Daha çox isə, püstənin qiyməti baha olaraq qalır.
Satıcılardan çərəzlərin qiymətlərini öyrəndik. Cavabları belə oldu: “Badamlar 16-18, püstələr 25-30 manatdır. Qaysılarımız 13-15 manata, kişmişlə turşu 6-7 manatdır. Qara gavalı və xurma 10-12, qoz isə, 12-18 manat arasındadır. Qiymətlər çərəzlərin iri və xırda olmasına görə dəyişir. Xırda olanları paxlavaya, süfrəyə qoymaq üçün alırlar”. “Qiymət artımı yoxdur, demək olar ki… Püstəni bilmirik. Ola bilər ki, bunun qiyməti bir az da qalxsın. Keçən ilkinə nisbətən, qiymət çox düşüb, ucuzdur. Keçən il findığı 16 manata satırdıqsa, indi 11 manatdır. Badamın da kilosu, yenə 13 manatdır. Normaldır”.
Alıclıların da fikirləri ilə maraqlandıq. Qiymətlərlə razılaşanlar da var, razılaşmayanlar da. “Çərəz almağa gəlmişəm. Qiymətlər ötən aylarla müqayisədə təbii ki, artıb. Ancaq məni qane edir”. “Xurma, fındıq, qozun qiyməti çox bahadır. Cibimizə uyğun deyil. Ancaq neyləyək, az da olsa, almalıyıq. Bayramdır”. “Çərəz almağa gəlmişik. Hələ qiymətlərlə maraqlanırıq. Çox bahalıqdır. Hazırlıqlı gəlmək lazımdır”.

Satıcılar qarşıdakı günlərdə qiymətlərin qalxmayacağını desələr də, ehtiyatınızı öncədən görməkdə fayda var.

Bugün TV

Oxşar xəbərlər

Bayden və Harris Trampa sui-qəsd cəhdinə cavab verdilər

Aynur Camal

Bu otelin fotosunu görən insanlar ora getməkdən imtina edirlər

Aynur Camal

Azərbaycanın Türkiyədəki səfirliyi zəlzələdə zərər çəkmiş azərbaycanlılara müraciət etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu