12 C
Baku
3 Dekabr 2025, 17:33
Baş xəbərKriminal

Çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilənn məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri keçirilib. Axtarış zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat nəticəsində çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayon sakini Nurəli Astanov saxlanılıb.

Onun həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 112 ədəd çətənə bitkisi və təmiz çəkisi 3 kiloqram 890 qram olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Partlayış səbəbindən Avropa Parlamentinin üzvlərini daşıyan qatar boşaldıldı

Aynur Camal

Tekstil fabrikində yanğın oldu

Bugün TV

İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu