8 C
Baku
12 Dekabr 2024, 10:33
Baş xəbərSiyasət

C.Məmmədov: “İran planlarını həyata keçirmək üçün din amilindən istifadə edir”

“Məlum olduğu kimi, İran Azərbaycanla bağlı planlarını həyata keçirmək üçün din amilindən geniş istifadə edir. Bu məqsədlə azərbaycanlı gənclərin İranda təhsil almasına xüsusi önəm verilir”.

Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov facebook hesabındakı paylaşımında bildirib. Onun sözlərinə görə, İranın bütün cəhdlərinin  qarşısını almaq üçün inzibati tədbirlərlə yanaşı, geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. “Eyni zamanda din təhsili daha da gücləndirilməli, güclü  vətənpərvərlik ruhuna malik din xadimləri yetişdirilməli və dini fəaliyyət sahəsində çalışmaları təmin olunmalıdır”,- millət vəkili əlavə edib.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Paytaxtda məşhur otelin açılışı

Sevinc Sadıqova

Yeraltı kartof anbarı uçdu: 2 ölü, 4 yaralı var

Bugün TV

Qəbirlərdən qızıl dişlər oğurlayan saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu