19 C
Baku
8 Sentyabr 2024, 3:37
Mədəniyyət

Cabbar Qaryağdıoğlu niyə fəxri xiyabanda dəfn edilməyib?

Sənətkarlar heç vaxt ölmür və unudulmur. Muğam sənətinin ən görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun məzarı ilə bağlı məsələni, daha doğrusu, onun bu günədək nə üçün fəxri xiyabanda dəfn olunmamasından danışacağıq.
Bu baxımsız, daşı qopan, toz basmış məzar Azərbaycan musiqi tarixinə adını “qızıl hərflər”lə yazdıran Cabbar Qaryağdıoğlunundur. Əvvəl Çəmbərəkənd qəbirstanlığında dəfn olunan xanəndənin məzarı daha sonra Yasamal qəbirstanlığına köçürülüb.
Mirmahmud Kazımovskinin sözlərinə görə, əslində xanəndənin məzarının fəxri xiyabana köçürülməsi ilə bağlı qərar 1948-ci ildə verilib. “SSRİ Nazirlər Soveti tərəfindən 1948-ci ildə 680 nömrəli sərəncama, əsasən, Cabbar Qaryağdıoğlu da daxil olmaqla, vəfat edən mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməli idi. Bu siyahıya görkəmli incəsənət xadimləri salınmışdır. Onların arasında Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseynqulu Sarabski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Qazaxda Molla Vəli Vidadi, Seyid Əzim Şirvani və Sabirin də məzarı Şamaxıda qoyulub. Əfsuslar olsun ki, təkcə Cabbar Qaryağdıoğlunun məzarı köçürülməyib.

O bildirib ki, xanəndənin məzarının harada yerləşdiyini çox adam bilmir. “Hətta, onun mahnılarını ifa edən sənətçilər belə, harada dəfn olduğundan xəbərsizdilər. Hazırda onun məzarı gördüyünüz kimi köhnə qəbirlərin arasında sıx məsafədə yerləşir. Çətinliklə məzara yetişmək olur. Neçə məşhur xanəndələrə də demişəm. “Cabbar əmi” deyib, dillərindən düşmür, amma di gəl ki, soruşanda bu kişinin qəbri haradadır, təsəvvürləri yoxdur”.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, məzarın fəxri xiyabana köçürülməsi onların səlahiyyətində deyil. Mədəniyyət Nazirliyindən isə məsələyə araşdırıldıqdan sonra aydınlıq gətiriləcəyi bildirilib.
Elə biz də mövzunu diqqətdə saxlayacağıq.

Bugün TV

Oxşar xəbərlər

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil etdi

Kəmalə Sultan

Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Vətən bağı”adlı tədbir keçirilib

Aynur Əfəndi Zadə

“Komutan” filminin qala gecəsi baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu