16 C
Baku
17 Oktyabr 2025, 2:18
Baş xəbərDünya

Çadın keçmiş baş naziri 20 il müddətinə azadlıqdan məhrum edildi

Çad məhkəməsi ölkənin keçmiş baş naziri Syukse Masraya 20 il həbs və 1,6 milyon dollar cərimə kəsib.

Bugun.tv xəbər verir ki, bu barədə Çadın “Alwihda” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Masra silahlı üsyana çağırışda təqsirli bilinib. Məhkəmədə sübut kimi onun 2023-cü ildəki çıxışının audioyazısından istifadə edilib. Müdafiə tərəfi iddia edib ki, bunlar terrorizmlə mübarizə ilə bağlı kontekstdən çıxarılan ifadələrdir. Prokurorluq sabiq baş nazirə 25 il həbs cəzası istəyib.

Çadın aparıcı müxalifət partiyası olan Transformers partiyasına rəhbərlik edən Masra məhkəmədəki son ifadəsində tərəfdarlarını sakit olmağa çağırıb. O, bu il mayın 16-da həbs edilib.

41 yaşlı Masra 2024-cü ilin yazında Çadda keçirilən prezident seçkilərində səslərin 18,5 faizini qazanıb. O, hazırkı prezident Mahamat İdris Debi İtnoya uduzub. Müxalifət lideri səsvermənin nəticələrini tanımaqdan imtina edib.

Mənbə: AZƏRTAC
İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

ABŞ-da seçki günü üçün xüsusi sorğu

Aynur Camal

Marsda su olub: Perseverance sübut tapdı

Aynur Camal

Həbsxanada iğtişaş baş verdi: 2 ölü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu