Çağla Şıkel və Mustafa Sandal kimi türkiyəli məşhurların qatıldığı buzlu su axınının çox sayda insanın ölümünə səbəb olduğu iddia edilib. Buzlu suyu tövsiyə edən “həyat məşqçisi” Wim Hof-a qarşı ciddi ittihamlar irəli sürülüb.
Çağla Şıkelin buzla dolu çəlləyə girdiyi anlardan sonra Mustafa Sandal və həyat yoldaşı Engin Altan Düzyatan kimi adlar da axına qatılıb, buzlu su ölümlərə səbəb olub. “Buz adamı” kimi tanınan həyat məşqçisi Vim Hofa qarşı da ciddi ittihamlar irəli sürülüb.
65 yaşlı hollandiyalı həyat məşqçisi Hof, sağlam həyat üçün buz kimi soyuq suda müalicənin toxunulmazlığı gücləndirdiyini, xərçəng və diabet kimi xəstəliklərə faydalı olduğunu, artriti aradan qaldırdığını iddia edib.
İngiltərə mətbuatında çıxan xəbərlərə görə, Hof bu təklifə görə bir çox ittihamlarla üzləşir. Sunday Times qəzetindəki xəbərdə bu “sağlamlıq tövsiyəsi”ni verən Hofun ola biləcək yan təsirləri ictimaiyyətlə paylaşmadığı və bu üsulu sınaqdan keçirən bir çox insanın öldüyü ifadə edildi.
İngiltərədə yaşayan 3 uşaq anası Kellie Poulun çayda buzlu su üsulunu sınadığı və qısa müddət sonra dünyasını dəyişdiyi bildirilib. Gənc qadının ölüm səbəbi kimi soyuq suyun səbəb olduğu infarkt göstərilib.
Sunday Times, ictimaiyyətə açıq olan məlumatlardan və koroner hesabatlarından tərtib etdiyi xəbərlərdə Hofun texnikasını sınayan ən azı 11 nəfərin öldüyünü açıqladı.
ABŞ-da oxşar üsulu sınadıqdan sonra dünyasını dəyişən gənc qadının 2020-ci ildən Hof texnikasını öyrəndiyi və Hofun tətbiqini ölməzdən əvvəl yüklədiyi öyrənildi. Ölən qadının atası Hof-a qarşı təxminən 70 milyon dollar iddia qaldırıb.
Keçən il Çağla Şıkelin buzla dolu çəlləyə girərək başlatdığı tendensiya bu il də məşhurlar arasında yayılıb.
Mustafa Sandal və həyat yoldaşı Melis Sandal, Engin Altan Düzyatan və həyat yoldaşı Neslişah Alkoçlar “Soyuq su müalicəsi” qeydi ilə buzla dolu vannaya girərkən çəkdikləri videoları və kadrları paylaşıblar.
Mənbə: TGRT