19 C
Baku
29 İyun 2025, 2:01
Mədəniyyət

“Çakallarla Dans 6” filminin Park Cinema-da qala gecəsi baş tutdu – VİDEO

Bugun.tv xəbər verir ki,türkiyəli məşhurlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu və Murat Şeker Bakıda “Park Cinema Flame Towers”də baş tutan “Çakallarla Dans 6” filminin qala gecəsində iştirak ediblər.

Hakan Bilgin film haqqında danışıb: “Bu, filmimizin xarici ölkədə baş tutan ilk qalasıdır. Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik”.

Didem Balçın isə Bakı haqqında təəsüratlarını bölüşüb: “Bizi çox gözəl qarşıladınız. Bakıda ilk dəfədir oluram və şəhərinizi çox bəyəndim”.

Qeyd edək ki, “Çakallarla Dans 6” filmi Türkiyədə nümayişinin ilk həftəsində ilin ikinci ən çox izlənən komediya filmi olub. Filmdə Didem Balçın, Murat Akkoyunlu ,Timur Acar, Şevket Çorun, İlker Ayrık da çəkilib. Didem Balçın “Diriliş Ertuğrul” və “Kuruluş Osman” serialları ilə daha da məşhurlaşıb.

Film 8 dekabrdan etibarən bütün Park Cinema kinoteatrlarında nümayişdədir. “Çakallarla Dans 6” komediyasını izləmək istəyənlər biletləri www.parkcinema.az saytından əldə edə bilərlər.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

“Poz-Qazan” oyunlarında martda 16 böyük uduş qazanıldı

Bugün TV

Kadır İnanır evə buraxılmadı

Bugün TV

“Başıma şinyon, gözümə kirpik taxmıram, dodağımı da şişirtməmişəm”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu