6 C
Baku
18 Fevral 2026, 5:10
Baş xəbərDünya

Cakuzi və 7 yataq otağı olan mayak satılır!

Möhtəşəm mənzərə ilə Uelsin Nyuport şəhəri yaxınlığında Severn çayı üzərindəki dəbdəbəli West Usk  mayak satışa çıxarılıb. Bu mayakı dəbdəbəli edən cakuzisi və möhtəşəm mənzərəli 7 yataq otağının olmasıdır. Müasir evə çevrilən mayak artıq satışdadır.

 Bu mayakı digərlərindən fərqləndirən onun əslində ev olmasıdır.

Mayakda cakuzi lüksü və 7 yataq otağı var. Əvvəllər gəmiləri qoruyan mayak indi içəridə yaşayanlara unikal dəniz mənzərəsi təqdim edir.

  Qeyri-adi plan formasına görə 2-ci dərəcəli tarixi abidə kimi qorunan binanın tikintisi 1821-ci ilə aiddir. O, o zaman məsləhətçi mühəndis olan Ceyms Uoker tərəfindən hazırlanmışdır.

1867-ci ildə, 17 metr hündürlüyündə bir qüllə olanda genişləndirilmişdi. Daxili tənzimləmə əvvəlcə mərkəzi spiral pilləkən ətrafında paz formalı otaqlardan ibarət idi. 1922-ci ildə istifadəsini dayandırdı və 670 funta satıldı.1960-cı illərdə bərpa edilmişdir. Lakin zaman keçdikcə yenidən kənara itələndi.

 1987-ci ildə isə yeni sahiblər binanı ələ keçirərək müasir evə çevirdilər. CADW və Welsh Tourist Board-un köməyi ilə onlar hətta orijinal fənər otağını xilas edə bildilər. Hazırda bu unikal fənər yenidən satışdadır. Fənər otağının altında ətrafdakı dənizin və təbiətin 360 dərəcə panoramik mənzərəsini təqdim edən dəbdəbəli dam terrası var. Hətta cakuzidə də bu möhtəşəm mənzərədən həzz ala bilərsiniz.

 Əsas mayak binasında qonaq otağı və yemək otağı istisna olmaqla, iki mərtəbəyə yayılmış yeddi yataq otağı var. Şirkətdən verilən məlumata görə, qiyməti 2 milyon 250 min funt sterlinq olan evin illik kirayə gəliri 454 min funt-sterlinqə çata bilər. Digər tərəfdən əvvəllər mayak kimi istifadə edilən binadan yataqxana və şadlıq sarayı kimi istifadə olunub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Moskva yaxın vaxtlarda müharibə strategiyasını yenidən gözdən keçirə bilər – analitik proqnozu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu