Bugun.tv xəbər verir ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümündə Çanaqqalada gəmilər sirenlər çalıb. Ulu Öndər Mustafa Kamal Atatürkün vəfatının ildönümündə Çanaqqala və Eceabat arasında dəniz nəqliyyatını həyata keçirən GESTAŞ AŞ-yə məxsus “Kilitbahir” bərəsində səhər saat 9.05-də sirenlər səsləndi.
TRT Haber-in məlumatına görə, Müxtəlif şəhərlərdən şəhid məzarlarını ziyarətə gələn tələbələr, vətəndaşlar və əməkdaşlar bərədə bir dəqiqəlik sükutla yad ediblər. Çanaqqala boğazından keçən xarici bayraqlı gəmilər də sirenlərini çalıb.
