Bugun.tv xəbər verir ki, son illər smartfon kamera texnologiyaları xeyli inkişaf edib. Xüsusilə böyük markaların flaqman telefonları kamera baxımından bəzi modellərlə rəqabət aparacaq səviyyəyə çatıb.
Smartfon sənayesinin artan populyarlığı dünya kamera bazarına da ciddi təsir göstərib. Xüsusilə Canon və Nikon kimi nəhənglər son illərdə satışlardan çox da məmnun deyillər. Bu səbəbdən də Canon artıq smartfon bazarı üçün kameralar istehsal etməyi planlaşdırır və potensial tərəfdaşlıqlar axtarışındadır.
İşlər yaxşı getsə, ilin sonuna qədər Canon smartfon kamerasını görə biləcəyik.
Mənbə: TRT Haber