6 C
Baku
23 Fevral 2026, 14:25
Baş xəbər

Cari ilin yanvar-avqust aylarında ittifaqın fəaliyyət istiqamətləri ümumilikdə 119 577 nəfər üzvü əhatə etdi

Bugun.tv xəbər verir ki, Cari ilin yanvar-avqust aylarında ittifaqın fəaliyyət istiqamətləri ümumilikdə 119 577 nəfər üzvü əhatə edib. Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqından məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə ittifaq üzvlərinin 829 nəfəri təlimlərə cəlb edilib, 18 832 nəfərə sanatoriya-kurort yollayışları verilib. Bundan əlavə, 32 137 nəfər müxtəlif tur və ekskursiyalarda, 30 446 nəfər isə mədəni-kütləvi və idman tədbirlərində iştirak edib. Eyni zamanda, 37 333 nəfərə maddi yardım göstərilib. Məlumata əsasən, cari ilin yanvar ayından 20 avqust tarixinədək elm və təhsil işçiləri, həmçinin onların ailə üzvlərinə 18 832 yollayış təqdim olunub. Bu yollayışlardan ümumilikdə 30 264 nəfər faydalanıb. Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı öz sıralarında 400 mindən çox üzvü birləşdirir. Bu, gəlir məqsədi daşımayan, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır

Bugün TV

Oxşar xəbərlər

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

Oruc tutarkən bədəninizi necə qidalandırmaq olar

Aynur Camal

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu