6 C
Baku
21 Dekabr 2025, 6:36
Siyasət

Gələn həftə üç ölkənin diplomatı Moskvada görüşəcək

Gələn həftə Rusiya, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri Moskvada görüşməyi planlaşdırır.

Bugun.tv xəbər verir ki, bunu Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlardan sonra  keçirdiyi mətbuat konfransında deyib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl TASS-a açıqlamasında Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşünə hazırlıqların getdiyini bildirib.

Qeyd edək ki, ötən il Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması istiqamətində Moskvada məsləhətləşmələr keçiriblər. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutmalıdır. Bura Türkiyə və Suriya prezidentləri  arasında danışıqların aparılması məsələsi daxil olacaq.

Xatırladaq ki, Ərdoğan ötən ilin dekabrında Vladimir Putini Suriya lideri ilə üçtərəfli görüşə dəvət etdiyini bildirib.

Bugün TV

Oxşar xəbərlər

Çıxarışsız evi olanlara şad xəbər

Bugün TV

Azərbaycan ağır atleti V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

Bugün TV

Medvedev çoxqütblü dünyaya keçidin çətinliklərindən danışdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu