23 C
Baku
28 İyul 2025, 8:07
Dünya

Çavuşoğlu: “Taxıl müqaviləsinin uzadılması vacibdir”

Türkiyə və BMT taxıl müqaviləsinin uzadılmasını vacib hesab edir. Artıq bu istiqamətdə işlər aparılır. Tərəflər qərarın  maneəsiz şəkildə həyata keçirilməsi üçün çalışır. Türkiyə razılaşmanı ən azı altı ay uzatmaq istəyir.

“Taxıl sazişi dünya ərzaq qiymətlərinin aşağı düşməsinə kömək etdi ki, bu da xüsusilə az inkişaf etmiş ölkələr üçün vacibdir”.

Bugun.tv xəbər verir ki,bunu  xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Qətərdə ən zəif inkişaf etmiş ölkələrlə bağlı beşinci konfransının açılışında deyib.

Çavuşoğlu və BMT-nin baş katibi Antonio Quterreş bir gün əvvəl, İstanbul təşəbbüsünün uzadılmasını müzakirə ediblər.

Xatırladaq ki, Qara dəniz taxıl müqaviləsi martın 18-də başa çatır.

Moskva dəfələrlə qeyd edib ki, Qara dəniz dəhlizi ilə ixrac olunan taxılın böyük hissəsi ehtiyacı olan ölkələrə yox, Avropa bazarına çıxır. Rusiya və Türkiyə Afrika ölkələrinə birgə və pulsuz taxıl tədarükü barədə razılığa gəliblər.

Millət vəkili Öztürk Yılmazın sözlərinə görə, Türkiyə tərəfi Rusiya taxılının və gübrələrin tədarükünün başlanmasında maraqlıdır.

Qeyd edək ki, bu gün Dohada BMT-nin Ən Az İnkişaf etmiş Ölkələr üzrə Beşinci Konfransı (LDC5) işə başlayıb. Martın 9-dək davam edəcək.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Əliyevin KKTC-yə dəstək mesajı

Aynur Camal

Böyük qalmaqal! O, başqasının körpəsini dünyaya gətirdi

Aynur Camal

Lavrov və Çavuşoğlu Ankarada danışıqlara başladı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu