28 C
Baku
27 İyun 2025, 15:44
Baş xəbərDünya

Çaxnaşma: ‘Sesmik aktivlik azalmır, əksinə, intensivləşir’

Egey dənizində artan seysmik aktivlik Yunanıstanı təşvişə salıb.

İndiyə qədər ən az 5 min insanın tərk etdiyi Santorini adasında gecə ərzində ən az 36 zəlzələ daha yaşanarkən, 13 adada məktəblərin bağlandığı açıqlanıb. Yunanıstan mətbuatına danışan ekspertlər seysmik aktivliyin azalmadığını, əksinə daha da gücləndiyini vurğulasa da, Santorini Bələdiyyə Başçısı Nikos Zorzos zərurət yarandıqda insanların adanı kütləvi şəkildə tərk etmələri üçün alternativ plan hazırlandığını açıqlayıb.

Mütəxəssislər yeraltı təkanların nə qədər davam edəcəyini proqnozlaşdıra bilmirlər.

Mütəxəssislər daha əvvəl oxşar vəziyyətlə qarşılaşmadıqlarını və bunun nə qədər davam edəcəyi ilə bağlı dəqiq proqnoz verə bilməyəcəklərini deyirlər. Milli Rəsədxananın Geodinamika İnstitutunun tədqiqat direktoru Athanassios Qanas ERT dövlət televiziyasına verdiyi açıqlamada “Bu, ilk dəfədir ki, belə bir şey baş verir, biz əvvəllər belə bir şey görməmişdik” deyib. Bölgədə son 72 saatda 40 böyüklüyünün üzərində bir çox zəlzələ meydana gəldiyini qeyd etdi.

Yunanıstan Sahil Mühafizəsi Komandanlığının məlumatına görə, bazar günündən bəri 4600-dən çox insan adanı bərə ilə tərk edib. Ölkənin aparıcı hava yolu şirkəti Aegean Airlines, bazar ertəsi günü Santorinidən təxminən 1300 sərnişin daşıdığını və çərşənbə axşamı günü 1400 sərnişin daşıya biləcək daha səkkiz reys planlaşdırıldığını bildirdi.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Forddan yeni qərar: Bu elektrikli avtomobillərin istehsalı təxirə salındı

Aynur Camal

İran, Rusiya və Çin Moskvada üçtərəfli nüvə sammiti keçirəcək

Aynur Camal

99 qeyri-qanuni mühacir xilas edilib, 75 immiqrant tutulub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu