Baş xəbərDünya

Çaya dəvət edilməyən tibb bacısı təzminat olaraq 41 min funt sterlinq qazandı

İngiltərədə tibb bacısı həmkarının onu səhər çay növbəsinə daxil etmədiyi üçün açdığı iddiada 41 min funt-sterlinq təzminat qazanıb.

Londonun cənubundakı St Helier Xəstəxanasında çalışan keçmiş diabet tibb bacısı Susan Hamilton dietoloq həmkarı Abdool Nayeck-i “zorbalıq etməkdə” ittiham edib.

Cənubi Londonda baxılan işdə Hamilton iddia edib ki, Nayeck görüşlərdə ona məhəl qoymayıb və bütün komanda üzvlərinə çay hazırlayarkən ona çay hazırlamağı dayandırıb.

 2018-ci ildə başlayan mübahisə

Bildirilib ki, ikisi arasında gərginlik 2018-ci ildə bir xəstəyə qulluqla bağlı fikir ayrılığından sonra başlayıb. Məhkəməyə təqdim edilən ifadələrə görə, Nayeck Hamiltona birbaşa “Mən səni sevmirəm” deyib.

Bildirilib ki, bu hadisədən sonra Nayeck tibb bacısına qarşı “görünən şəkildə aşağılayıcı” münasibət sərgiləyib.

Xəstəxana rəhbərliyi vasitəçilik edərək tərəflərin “mehriban” şəkildə ünsiyyət qurmalarına razılıq verib. Ancaq Hamilton bunun əvəzinə Nayeck-in bütün komanda üçün çay hazırlamağı dayandırdığını iddia etdi.

O, istefa verdikdən sonra məhkəməyə müraciət edib.

Susan Hamilton 2019-cu ildə stress səbəbindən işini tərk etdi, lakin 2021-ci ilin yanvarında xəstəxanaya qayıtdı. Prosesdə o, şikayətlərinə xəstəxananın baxmasına rəsmi etirazını bildirib.

Həmin ilin sonunda istefa verən Hamilton, əmək müqaviləsinin pozulduğunu və xəstəxana rəhbərliyi ilə “etimad münasibətlərinin” “tamamilə pozulduğunu” iddia etdi.

Məhkəmə tibb bacısının xəstəxana rəhbərliyinə qarşı şikayətlərini əsaslı hesab etsə də, onun həmkarı Abdool Nayeckə qarşı təkbaşına zorakılıq ittihamını rədd etdi. Həmiltonun etirazı xəstəxana tərəfindən qəbul edildikdən sonra iş onun xeyrinə yekunlaşıb.

 “Davranışa qarşı lazımi tədbirlər görülməyib”

Məşğulluq Tribunalının Hakimi Kathryn Ramsden dedi: “Xəstəxana rəhbərliyi illər ərzində Nayeckin davranışı ilə bağlı adekvat tədbirlər görmədi. “Bu proses Həmiltonun səhhətində problemlər yaratdı” deyib.

Ramsden həmçinin, “Hamiltonun ifadəsi olduqca təsir edici idi. O, öz peşəsini sevən istedadlı tibb bacısı idi. Lakin o, öz işinin öhdəsindən gələ bilməyən vəziyyətə düşdüyünə görə çox kədərləndi” qiymətləndirməsini edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə yeni zəlzələ qeydə alınıb

Aynur Camal

Yol qəzası oldu: 3 yaralı var

Bugün TV

Sərnişin avtobus qəzaya uğradı: 18 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu