23 C
Baku
11 İyun 2025, 1:10
Baş xəbərDünya

Çeçenistanda atışma olub – video

Çeçenistanın Qudermes şəhərində xüsusi əməliyyat keçirilib.

Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, Qudermes özəl sektorunda keçirilən xüsusi əməliyyat zamanı iki yaraqlı məhv edilib.

“Hərbilərin qarşısını kəsib onlara təslim olmağı təklif ediblər. Mühasirədən qaçmağa çalışan cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf qumbara atıblar. Hər ikisi cavab atəşi ilə məhv edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslərdən heç biri xəsarət almayıb”, – deyə Ramzan Kadırov bildirib.

Çeçenistan Respublikasının başçısı quldur dəstəsinin bəzi yarımçıq qalıqları, onların təhlükəsizlik qüvvələrinə qəfil hücumu və bu kimi saxtakarlıqlar barədə şayiələrin yayılmamasını xahiş edib.

“Cinayətkarlar müəyyən edilərək zərərsizləşdirilib. Qudermes də həyat sakitdir”, – deyə o, yekunlaşdırıb.

Mənbə: CH.TODAY

Aynur Camal

Oxşar xəbərlər

İçməli sudan 150 nəfər zəhərləndi

Bugün TV

Bakı, İrəvan və Moskva arasında üçtərəfli razılaşmaların icrası müzakirə edilib

Aynur Camal

Vinq Çun Federasiyasının üzvü Negin Mustafayeva: “Bütün qızlar özünümüdafiəni bilməlidirlər”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu