19 C
Baku
29 İyun 2025, 5:18
Baş xəbər

Azərbaycanlı gəncin çəltikçilik sahəsində əldə etdiyi uğur – Ölkədə bir ilk

Azərbaycan ən qədim əkinçilik mədəniyyətinə malik olan ölkə kimi, burada kənd təsərrüfatı ənənəvi istehsal sahəsidir. Bu baxımdan ölkəmizdə, ənənələrə malik, gəlirli kənd təsərrüfatı sahələrindən biri kimi çəltikçilikdə də zəngin təcrübə mövcuddur. Çəltik həm ərzaq təhlükəsizliyinin təmin edilməsində, həm də əvəzolunmaz qida maddələrindən biri kimi çox əhəmiyyətlidir.

Çəltik istehsalının inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə, bu məhsula olan tələbatın ödənilməsi, özünütəminetmə səviyyəsinin yüksəldilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizin düyüyə olan tələbatının böyük bir hissəsi idxal hesabına təmin olunur.

Düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi, idxaldan asılılığın azaldılması aktual məsələlərdəndir.

Respublikada çəltikçiliyin inkişafı və əhalinin düyüyə olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər daha da gücləndirilir.

Ölkə Prezidentinin 9 fevral 2018-ci il tarixli 3657 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsi nəticəsində Azərbaycanda çəltikçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, düyü ilə təminedilmənin müəyyən dərəcədə yüksəlməsi, çəltikçilik bölgələrindəki əhalinin həyat şəraitinin yaxşılaşdırılması, idxaldan asılılığın azaldılması təmin edilir.

Ölkədə bu sahənin inkişaf  etdirilməsi, məhsuldarlığın elmi əsaslarla yüksəldilməsi üçün yeni çəltik sortlarının yaradılması, yerli şəraitə uyğun olanların seçilməsi və onların becərmə texnologiyalarının işlənməsi istiqamətində aparılan tədqiqatların əhəmiyyəti böyükdür.

Son illər qlobal iqlim dəyişikliyi fonunda çəltik bitkisinin becərilməsi imkanları respublikamızda tam öyrənilməyib. KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən sovetlər dönəmində aparılan tədqiqatların bərpa və davam etdirlməsi ilə Dövlət Proqramının həyata keçirilməsi istiqamətində müəyyən addımlar atılıb.

Bu məqsədlə çəltik bitkisinin tədqiqinə  əsaslanan, aqrar elmləri üzrə fəlsəfə doktorluğu dissertasiya mövzusu təsdiq olunub və müstəqil Azərbaycan tarixində ilk dəfə gənc tədqiqatçı Tarıverdi İslamzadə tərəfindən Lənkəran-Astara bölgəsində bu istiqamətdə tədqiqatlar aparılıb və müsbət nəticələr əldə edilib.

Tarıverdi İslamzadə tərəfindən “Lənkəran-Astara iqtisadi rayonunda Haşimi və Şirudi çəltik sortlarının əsas becərmə üsullarının optimallaşdırılması” mövzusunda, müstəqil Azərbaycan tarixində ilk dissertasiya işi tamamlanıb və 30 oktyabr 2024-cü il tarixində Əkinçilik ET institutu nəzdində fəaliyyət göstərən FD1.29  müdafiə Şurasında “Bitkiçilik” ixtisasında  uğurla müdafiə edilib. Tədqiqatçı  tərəfindən əldə edilmiş elmi tutumlu nəticələr bir sıra indeksləşmiş beynəlxalq  və yerli jurnallarda dərc edilib.

Bugün TV

Oxşar xəbərlər

Brent markalı neftin barel qiyməti 90,45 dollardır

İntizar Əmirova

Ukraynada Rusiyaya pilotsuz təyyarə hücumu! Ölənlər və yaralananlar var

Aynur Camal

Penitensiar Xidmətin hərbi hissəsində “Zəfər Günü” ilə bağlı tədbir keçirilib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu