“Cenevrədə keçirilən görüşdən sonra İranın xarici işlər naziri müsbət nəticələrin olduğunu bildirib və Tehranın uranın zənginləşdirilməsini dayandıra biləcəyinə işarə edib”.
Bugun.tv-xəbər verir ki, bu barədə Politoloq Məhəmməd Əsədullazadə Yenicag.az- a müsahibəsində bildirib.
Politoloq bu mövqenin əsasən islahatçı qanada, xüsusilə də İran Prezidenti Məsud Pezeşkianın siyasi xəttinə aid olduğunu vurğulayıb. Onun sözlərinə görə, görüşdən sonra İranın xarici işlər naziri müsbət nəticələrin olduğunu bildirib və Tehranın uranın zənginləşdirilməsini dayandıra biləcəyinə işarə edib. Politoloq bu mövqenin əsasən islahatçı qanada, xüsusilə də İran Prezidenti Məsud Pezeşkianın siyasi xəttinə aid olduğunu vurğulayıb.Cenevrə görüşü, ABŞ İran danışıqları, Məhəmməd Əsədullazadə, İran müharibə riski, Xamneyi, Tramp administrasiyası, uranın zənginləşdirilməsi, beynəlxalq gərginlik
Əsədullazadə qeyd edib ki, buna baxmayaraq, İranın Ali dini rəhbəri Ayətullah Xamneyi yenidən ABŞ-yə sərt mesajlar göndərir və Amerikanın hərbi gəmilərinin batırılacağı ilə bağlı bəyanatlar səsləndirir.
Politoloqun fikrincə, hazırda İran rəhbərliyində ciddi fikir ayrılığı yaranıb. Bir tərəf Vaşinqtonla dialoq quraraq sanksiyaların yumşaldılmasına çalışır, digər tərəf isə ABŞ ilə qarşıdurma xəttini müdafiə edir.
M. Əsədullazadə bildirib ki, ABŞ da hərbi ssenarilərə hazırlaşır və bölgəyə əlavə qüvvələr yerləşdirir. Onun iddiasına görə, Cenevrə görüşündən nəticə əldə olunmasa, müharibə ehtimalı yüksələcək və mümkün qarşıdurmada İranın ali rəhbərliyinin də hədəf alınması istisna edilmir.

