22 C
Baku
3 İyun 2025, 11:36
Baş xəbərDünya

Çevik Dəstək Qüvvələri qərargahına hücum edildi- VİDEO

Səhər saatlarından etibarən Sudanın müxtəlif şəhərlərində intensiv atəş səsləri eşidilib.

Qeyd edilib ki, genişmiqyaslı hücum Çevik Dəstək Qüvvələri (HDK) ordu birliklərinin paytaxt Xartumdakı qərargahlarına qarşı törədilib.

HDK səhər saatlarından bəri baş verən qarşıdurmalarla bağlı açıqlama yayıb. Bəyanatda qeyd olunub: “HDK heyrət içərisindədir ki, bu gün səhər saatlarında orduya bağlı böyük bir qüvvə bizim Xartumdakı Soba düşərgəsindəki qüvvələrimizin qərargahına daxil olaraq oradakı qüvvələri mühasirəyə alıb və sonra onlara hərtərəfli hücuma keçib.

Sudan Azadlıq Ordusu Hərəkatının lideri Mini Arko Minawi, Ədalət və Bərabərlik Hərəkatının lideri Cibril İbrahim və Malik Ağar bildirib ki, ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini məlumatlandırdıq.

Biz Sudan xalqını, beynəlxalq və regional ictimai rəyi bu qorxaq hərəkəti pisləməyə və bu kritik tarixi anda Sudan xalqını birləşdirməyə çağırırıq”.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Hollivudda yanğın: Alovlar sürətini artırdı

Aynur Camal

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib

Bugün TV

Nazirliyin saytı kiberhücuma məruz qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu