28 C
Baku
3 Sentyabr 2025, 21:15
Baş xəbərDünya

Çexiya Praqada baş verən atışmanı terrorla əlaqələndirmir

Çex Respublikasının daxili işlər naziri Vit Rakuşan deyib ki, Praqada baş verən atışmanın beynəlxalq terrorizmlə əlaqəsi yoxdur.

Bugun.tv xəbər verir ki, nazir bu barədə ST24 telekanalında danışıb.

Onun sözlərinə görə, hazırda bu hadisənin beynəlxalq terrorizmlə əlaqəli olmasına dair heç bir sübut yoxdur. Nazir polisin hadisə yerində uzun müddət çalışacağını vurğulayıb.

Qeyd edək ki, Praqanın mərkəzində tələbə D.Kozak silahla universitetə gələrək ətrafındakıları güllələyib. Hadisə Karl Universitetinin dördüncü mərtəbəsində baş verib. Ən azı 15 ölü və 25 yaralının olduğu bildirilir. İlkin məlumata əsasən, hadisə yerinə onlarla polis maşınının gəldiyini görən D.Kozak özünü güllələyib.

Teymur Əziz

Oxşar xəbərlər

Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub -VİDEO

Nigar Məmmədova

Ekologiya polisi reyd keçirdi

Kəmalə Sultan

Rusiya Talibanı terrorçular siyahısından çıxardı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu