2 C
Baku
11 Fevral 2026, 7:32
Digər

Ceyhun Məmmədov: “Gənclərin inkişafında süni intellekt önəm kəsb edir”

Bugun.tv– xəbər verir ki, deputat Ceyhun Məmmədov Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında faydalı bir görüşü barədə sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, görüşdə İctimai Şuranın sədri professor Hikmət Əlizadə, katib Günay Əkbərova, universitetin tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov, sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva və digər əməkdaşlar iştirak ediblər. Tələbələr və müəllim heyəti ilə təhsil, elmi fəaliyyət və gənc nəslin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi apardıq.

Universitetdə yaradılmış müasir tədris şəraiti ilə tanış olduq – kitabxana, auditoriyalar və sosial-humanitar imkanlar diqqətimizi çəkib. Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva fəal tələbələri təqdim edib, onların suallarını dinlənilib və cavablandırılb.

Çıxışı zamanı süni intellektin təhsildə və elmi tədqiqatlarda tətbiqi, gələcəkdə bu sahədə gənc mütəxəssislərin rolunun artırılması, innovativ tədris metodlarının önəmi və gənclərin yaradıcı düşüncə qabiliyyətinin inkişaf etdirilməsinin vacibliyi barədə danışdığını vurğulayan C. Məmmədov eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasının və vətənpərvərlik ruhunda tərbiyənin təhsildəki əhəmiyyətini qeyd edib.

“Belə görüşlərin bölgələrdə mütəmadi keçirilməsi təhsilimizin keyfiyyətinin yüksəldilməsinə və tələbə-müəllim motivasiyasının artırılmasına töhfə verir. Universitetin bütün əməkdaşlarına və tələbələrinə uğurlar arzulayıram” – deyə deputat bildirib.

 

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu